İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini təbrik etdi

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Baş katib,
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Təşkilata üzv olduğumuz 35 il ərzində Azərbaycan İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, təşkilatın beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir.
Azərbaycan da öz növbəsində, daim İƏT-in ardıcıl dəstəyini hiss etmişdir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Biz bütün bunları yüksək qiymətləndiririk.
Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan sıx əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyimi ifadə edirəm. Bildiyiniz kimi Azərbaycan 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına, həmçinin İnformasiya Nazirlərinin İslam Konfransının 13-cü sessiyasına və digər tədbirlərə ev sahibliyi edəcəkdir. Bu istiqamətdə Sizinlə sıx və səmərəli əməkdaşlıq edəcəyimizə ümid edirəm.
İnanıram ki, Sizin bu mötəbər təşkilata rəhbərliyiniz İƏT-in qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə, İslam həmrəyliyinin güclənməsinə xidmət edəcəkdir.
Bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, İslam dünyasının rifahı naminə şərəfli işinizdə uğurlar arzulayıram.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












