İlham Əliyev Sərdar Berdiməhəmmədova məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib.
Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, müstəqilliyinin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlara imza atmış, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan qardaş ölkənizin bu nailiyyətlərinə səmimi-qəlbdən sevinir və dünyada geniş tanınma qazanmış Türkmənistanın daimi bitərəflik siyasətini həmişə dəstəkləyir.
Tarixi köklər, ortaq milli-mənəvi dəyərlər və mehriban qonşuluq telləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu xüsusda, iyun ayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfərini yüksək qiymətləndirir, səfər çərçivəsində apardığımız danışıqların, imzalanmış sənədlərin və əldə olunmuş razılaşmaların Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından xüsusi önəm daşıdığını bildirirəm.
İnanıram ki, Azərbaycan-Türkmənistan dostluğu və əməkdaşlığı birgə səylərimizlə bundan sonra da dinamik inkişaf etməyə davam edəcək, strateji xarakter daşıyan tərəfdaşlığımız xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












