İlham Əliyevdən FƏRMAN

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin (bundan sonra – DERKİS) sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru funksiyalarını isə həmin Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs həyata keçirir.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi DERKİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, on səkkiz ay müddətində bu Fərman qüvvəyə minənədək tərtib edilmiş (verilmiş), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların informasiya ehtiyatlarında saxlanılan sənədlərin və məlumatların DERKİS-ə daxil edilməsini təmin etməli, torpaqların elektron kadastr uçotu informasiya sistemində əks olunan məlumatların DERKİS-ə miqrasiyasını və torpaqların elektron kadastr uçotu informasiya sisteminin fəaliyyətinin dayandırılmasını təmin etməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, DERKİS-in “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi on səkkiz ay müddətində Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulan və bu Fərman qüvvəyə minənədək tərtib edilmiş (verilmiş) sənəd və məlumatları öz informasiya ehtiyatlarında saxlayan dövlət orqanları (qurumları) ilə birlikdə həmin sənəd və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə DERKİS-ə ötürülməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












