İnsanlar təhlükə altında: Azərbaycanda da istifadə edilir – Artıq işə yaramayacaq

Qlobal istiləşmə və iqlim dəyişiklikləri antibiotiklərə müqavimət göstərə bilən bakteriyaların çoxalmasına səbəb ola bilər. Kaliforniya Texnologiya İnstitutunun alimləri apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər.
Bütün dünyada, eləcə də ölkəmizdə antibiotiklərdən möcüzəvi müalicə vasitəsi kimi istifadə edilir. Bu xilasedicinin sıradan çıxması bəşəriyyəti hansı fəlakətlə üz-üzə qoyacaq? Çıxış yolu olaraq nələr edilməlidir?
Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, qlobal istiləşmə dediyimiz istilik tənziminin pozulması Yer kürəsində çox ciddi dəyişikliklərə yol açacaq:
“Bu dəyişikliklər bütün canlıları əhatə edəcək, biosenoz dəyişəcək. Hətta relyef dəyişikliklərinə qədər proses baş verəcək. Yəni ayrı-ayrı ərazilərdə fərqli təsirlər müşahidə olunacaq. Yaşıllıqların, müxtəlif fauna və floranın tərkibində kəskin dəyişikliklər yaşanacaq. Bununla yanaşı, müxtəlif bakteriyaların, virusların və digər mikroorqanizmlərin ətraf mühitə davamlılığının artması da müşahidə olunacaq. Çünki bu ekstremal dəyişikliklər həmin bioloji varlıqların mövcudluğunu da təhdid edir. Buna görə də onlar daha davamlı formalar əldə etməyə çalışacaqlar”.
A.Qeybulla qeyd edib ki, bəzi bakteriyaların xüsusi vegetativ formaları var və onlar uzun müddət müxtəlif mühitlərdə yaşaya bilirlər:
“Amma mikroorqanizmlərdə də oxşar proseslər baş verə bilər. Təbii ki, onlar öz xassələrini dəyişdikcə və ətraf mühitə uyğunlaşdıqca mövcud antibiotiklərə qarşı davamlılıq da arta bilər və bu zaman yeni bir situasiya yaranar. Burada söhbət vərəm kimi bəzi mühüm infeksiyalardan gedir ki, onlar vaxtilə pandemiyalar yaradıb və hazırda antibiotiklər və digər vasitələrlə nəzarət altına alına bilir. Ola bilər ki, həmin xəstəliklər yenidən fəallaşsın. Yəni yeni bir situasiya formalaşır və bu proses tədricən baş verir”.
Ekspert əlavə edib ki, əslində, koronavirus bir siqnal idi:
“Bu, qlobal istiləşmənin və həddindən artıq insan artımının yaratdığı problemlərin nəticəsi kimi ortaya çıxan bir əlamət idi. Görünür, gələcəkdə bu cür hallarla daha çox qarşılaşacağıq. Ona görə də məsələ ilə bağlı dünya alimləri bir araya gələrək vahid platforma hazırlamalıdırlar. Əks halda, “yaşıl enerji” adı ilə milyardlarla vəsait xərclənir, amma ortada ciddi nəticə görünmür. Biz elektrik avtomobillərindən başqa əhəmiyyətli bir dəyişiklik müşahidə etmirik. Hesab edirəm ki, bu məsələnin bütün tərəfləri, yəni həm bioloji, həm sosioloji, həm psixoloji aspektləri geniş şəkildə araşdırılmalıdır”./global.info
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










