İrandan daha 38 nəfər Azərbaycana təxliyə edildi - YENİLƏNİB

İrandan martın 14-ü saat 12:00-dan 15:00-dək daha 38 nəfərin Azərbaycana təxliyəsi baş tutub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təxliyə Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Belə ki, Hindistanın 30, Kanadanın 4, Azərbaycanın 3 və Pakistanın 1 (diplomat - red.) vətəndaşının təxliyəsi baş tutub.
***
İrandan martın 14-ü saat 00:00-dan 12:00-dək daha 21 nəfərin Azərbaycana təxliyəsi baş tutub.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, təxliyə Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Belə ki, Hindistanın 13, Rusiyanın 5 və Tacikistanın 3 vətəndaşının təxliyəsi baş tutub.
***
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












