Banner

"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA

Xəbərlər 12 Oktyabr 2026 12:53
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Məktəblərdə vahid geyim formasına keçid məsələsi ətrafında müzakirələr davam edir. Mövzu təkcə təhsil və dünyəvilik prinsipləri baxımından deyil, həm də dini təsirlər və milli təhlükəsizlik kontekstində diqqət çəkir. Bu məsələdə xaricdən idarə olunan təsir qruplarının fəaliyyətinə dair narahatlıqlar dövləti konkret addımlar atmağa sövq edir.

Avtosfer.az-ın məlumatına görə, mövzunu konkret.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Nazirlər Kabinetinin məktəblərdə vahid formaya keçidlə bağlı qərarının Azərbaycanda və ondan kənarda doğurduğu reaksiyalar kifayət qədər diqqət çəkir:

Oqtay Qasımov: PKK ləğv edilmir, adı dəyişdirilir – MÜSAHİBƏ – Polisə.az

“Görünən odur ki, bu, daha çox xaricdən idarə olunan bir prosesdir. Hazırki dönəmdə məhz bu məsələ üzərindən Azərbaycan əleyhinə bir kampaniya aparılır. Təəssüflə qeyd etməliyik ki, son illər ərzində Azərbaycanda məhz din pərdəsi altında xarici dövlətlərin ölkəmizdə çox ciddi şəbəkələşmiş qrupları var. Bu agentura şəbəkələri artıq kifayət qədər ciddi təhlükə mənbəyi hesab edilir. İndi diqqətçəkən məqamlardan biri də odur ki, bu şəbəkənin üzvü olan insanlar öz uşaqlarını məktəbə göndərərkən konkret şərtlər irəli sürməyə başlayıblar. Bu da dövlətin milli təhlükəsizliyi baxımından kifayət qədər düşündürücü bir məsələdir”.

Politoloqun sözlərinə görə, Azərbaycanda bu agentura şəbəkəsinin əsas idarəedici tərəfi İrandır:

“İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdid halına çevrilməkdədir. Ona görə də, mövcud vəziyyət nəzərə alınmalıdır, məktəblərdə elmi-dini biliklərin verilməsinə ciddi yanaşılmalıdır. Xurafatın və təsir qruplarının məktəbə təzyiqinin qarşısı alınmalıdır. Bunun üçün həm Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, həm QMİ-nin, həm də Elm və Təhsil Nazirliyinin üzərinə çox ciddi vəzifələr düşür. Təəssüflə qeyd etməliyik ki, uzun müddət İran tərəfdən idarə olunan bu şəbəkə sərbəst fəaliyyət göstərib. İndi də açıq şəkildə dövlətin siyasətinə qarşı çıxış etməyə başlayıb. Buna görə də məsələyə daha praqmatik yanaşılmalı, eyni zamanda təsir agentləri aşkarlanaraq onlarla bağlı tədbir görülməlidir”.

Oxunub : 148
ŞƏRH YAZ
Ad

E-mail

Şərh