İraq hava məkanı nə vaxta qədər bağlı qalacaq? - Tarix açıqlandı

İraq hava məkanı 10 mart tarixinə qədər uçuşlar üçün bağlı olacaq.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə üzərindən aviasiya trafikinə cavabdeh olan "Bağdad" uçuş məlumatları bölgəsinin dispetçer xidmətindəki mənbə bildirib.
"Hava məkanı 10 mart çərşənbə axşamı universal zaman üzrə saat 9:00-a (Bakı vaxtı ilə saat 13:00-a - red.) qədər bağlıdır", - deyə məlumatda qeyd edilib.
Mənbə xatırladıb ki, fevralın 28-i günün birinci yarısında dayandırılan uçuşların mümkün bərpası üçün daha əvvəl Bakı vaxtı ilə 7 mart saat 13:00 təyin edilmişdi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












