İrəvanda ŞOK: Hökumət binası Azərbaycan Bayrağı rənglərində işıqlandırıldı - FOTO

“Sentyabrın 20-də Azərbaycan Dövlət Suverenliyi Gününü qeyd edirdi. Elə həmin axşam İrəvandakı Hökumət binası mavi, qırmızı və yaşıl rənglərə – Azərbaycanın Dövlət Bayrağının üç rənginə bürünmüşdü”.
Avtosfer.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan deyib.
Politoloq iddia edib ki, bu, sadəcə rəng məsələsi deyil:
“Dünyada başqa bir dövlətin milli bayramı günü simvolik binanın həmin dövlətin bayrağının rənglərində işıqlandırılması siyasi və diplomatik jestdir – təbrik, hörmət və ya həmrəylik ifadəsidir. Biz də bu gün dünyanın müxtəlif şəhərlərində erməni bayrağının rənglərində işıqlandırılan binaları məhz belə qəbul edirik”.
Martirosyanın sözlərinə görə, rəsmi İrəvan bu addımla konkret mesaj verməyə çalışır:
“Yüzlərlə rəng, minlərlə kombinasiya var idi. Amma Azərbaycanın Suverenlik Günündə Ermənistan hökumət binasında məhz Azərbaycan Bayrağının üç rəngi göründü. İşıq qrafikası layihələndirilir, rənglər seçilir və şübhəsiz ki, Ermənistan hökumətinin binası rəng sınaqları aparmaq üçün monitor deyil. Bu bina mesaj və simvolların nümayiş etdirilməsi üçündür. Hər halda, dünən üstüörtülü şəkildə mesaj verildi, amma şübhəsiz ki, daxili deyil, xarici siyasətdə istifadə olunmağa daha uyğun və daha yaxşı təsvirlər də var”.

Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












