İş adamının Azərbaycandan çıxışına STOP QOYULDU

Məhkəmə dövlət büdcəsi və fondlara olan vergi borclarını ödəməyən biznesmen barədə qərar verib.
Avtosfer.az nocomment.az-a istinadla xəbər verir ki, 37 yaşlı Hindistan vətəndaşı Məhəmməd Harisə məxsus “Prana Lifestyle” MMC-nin dövlət büdcəsi, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 18 min 942 manat vergi borcu olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin borcların ödənməsi üçün dəfələrlə biznesmenə bildirişlər göndərsə də, ödənişlər yerinə yetirilməyib. Nəticədə İdarə son olaraq, məhkəmədə Məhəmməd Harisin borcları ödəyənədək Azərbaycandan çıxışına qadağa qoyulması barədə iddia qaldırıb.
Məhkəmə bu qərarı təmin edib. Qərara əsasən, Məhəmməd Harisin 18 min 942 manat vergi borcunu tam ödəyənədək ölkədən çıxışına qadağa qoyulub.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












