İşçilərə bu günlə bağlı ŞAD XƏBƏR

Bu gün, noyabrın 6-da beşgünlük iş həftəsi ilə çalışanlar üçün iş gününün müddəti bir saat qısaldılır.
Avtosfer.az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayramdan əvvəlki son iş gününün müddəti bir saat azaldılır. Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, səkkiz saatlıq iş günü bu gün yeddi saat davam edəcək.
Beşgünlük iş həftəsində noyabrın 7-dən 10-dək ardıcıl dörd gün qeyri-iş günü olacaq. Noyabrın 7-si şənbə, 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günüdür. Zəfər Günü bazar gününə təsadüf etdiyindən həftəlik istirahət günü noyabrın 10-na keçirilib.
Altıgünlük iş həftəsində bayramdan əvvəlki son iş günü noyabrın 7-nə düşür və iş vaxtı həmin gün bir saat qısaldılır. Növbəti iş günü noyabrın 11-dir./ajans.az
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ












