İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Ayaz Əsgərov 2006-2011-ci illərdə Bakı şəhərinin Nəsimi rayonunda icra başçısının müavini, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
19 may 2016-cı il tarixdən 15 sentyabr 2026-cı il tarixinədək isəYardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Avtosfer.az xəbər verir ki, Ayaz Əsgərovov "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş sədri, nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun qardaşıdır.
Məlumatlara görə, Ayaz Əsgərovun vəzifə pillələrində irəliləməsi məhz qardaşı Arif Əsgərovun sayəsində mümkün olub.
Xatırladaq ki, Arif Nəriman oğlu Əsgərov 2004-cü ildə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi təyin edilib. 2009-cu ildə Dövlət Dəmir Yolu İdarəsi QSC-yə çevrildikdən sonra da Arif Əsgərov qurumda rəhbərliyə davam edib. O, 2004–2015-ci illərdə Azərbaycan dəmir yollarının başında olub.
9 fevral 2015-ci ildə Arif Əsgərovun “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilməsi barədə Prezident sərəncamı imzalanıb. Həmin gün digər sərəncamla Arif Əsgərov nəqliyyat nazirinin müavini təyin edilib.
13 fevral 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv edilərək əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Bundan sonra Arif Əsgərovun dövlət strukturundakı fəaliyyəti də sona çatıb.
Onun adı sonrakı illərdə əsasən bəzi qalmaqallarda - məhkəmə və borc məsələlərində, oğulları ilə bağlı biznes və mübahisələrdə, keçmişdə Azərbaycan dəmir yolları ilə əlaqəli tender və korrupsiya iddialarında – çəkilib. (modern.az)
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












