İstanbuldakı güclü yağışlar Azərbaycana gəlir? – Ekoloqdan AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib.
Qeyd edək ki, Türkiyədə baş verən iqlim hadisələri adətən bir müddət sonra Azərbaycanda da müşahidə edilir.
Bəs oxşar yağışların yaxın vaxtlarda Azərbaycanda da baş verməsi ehtimalı varmı?
Açıqlama verən ekoloq Ənvər Əliyev bildirdi ki, güclü yağıntılar yalnız Türkiyə üçün xarakterik deyil, geniş ərazilərə təsir göstərən planetar atmosfer prosesləri ilə bağlıdır.
Onun sözlərinə görə, Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana qədər uzanan geniş ərazi bu atmosfer proseslərinin təsiri altında qalır.

Ekoloq qeyd edib ki, "Azor maksimumu" adlandırılan antisiklon və digər planetar atmosfer prosesləri hava şəraitinə birbaşa təsir göstərir:
“Bu təsirlər bəzən geniş bir coğrafiyanı əhatə edir. İspaniya, Portuqaliya, Türkiyə, Qafqaz və ətraf ərazilərdə müxtəlif hava hadisələrinin yaranmasına səbəb ola bilir. Hər ölkənin özünəməxsus iqlimi olduğundan, belə proseslərin nə vaxt və hansı intensivlikdə baş verəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək çətin olur. Lakin bütün hallarda biz hər şeyə hazır olmalıyıq. XXI əsrdə təbiətdən asılı vəziyyətdə qalmaq düzgün deyil. İşlərimizi elə qurmalıyıq ki, ölkənin hər bir ərazisində görülən tədbirlər iqlim göstəricilərinə və mümkün iqlim dəyişikliklərinə uyğun olsun”./sfera.az
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












