“İlin maşinisti” o seçildi - FOTO

Bakı metropolitenində “İlin maşinisti” müsabiqəsinin növbəti qalibi məlum olub.
Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən seçimdə bu dəfə fərqlənən əməkdaş hərəkət qatarlarının istismarı üzrə iş departamentinin 3-cü dərəcəli qatar sürücüsü Anar Həsənovdur.
23 ildir metropolitendə çalışan A.Həsənov 2007-ci ildən elektrik qatarlarının maşinisti vəzifəsini icra edir. 5 uşaq atası olan maşinist peşəsinin çətin, məsuliyyətli və şərəfli olduğunu bildirib:
“Bu sənət çətin olmaqla yanaşı, çox maraqlı və şərəfli peşədir. Dəmir yollarda dəmir intizam prinsipini rəhbər tutaraq işimi sevə-sevə və məsuliyyətlə davam etdirməyi həmişə üstün bilmişəm. Biz maşinistlər sərnişindaşımanın nə qədər məsuliyyətli olduğunu dərk edirik. İnsan həyatı, təhlükəsizlik hər şeydən önəmlidir. Qatarı idarə edərkən bütün sərnişinlərin fikirlərinin və davranış qaydalarının eyni olmadığını nəzərə alsaq, işin nə qədər ağır olduğunu təxmin etmək çətin deyil”.



Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












