İmişlinin yollarında yenidənqurma işləri yekunlaşdı - FOTOLAR

İmişli şəhəri ərazisində daha bir neçə avtomobil yolunun tikintisi başa çatdırılıb.
Avtosfer.az xəbər verir ki, Həzi Aslanov, Lətif Vəliyev, Rövşən Əbilov, Fəxri Şahbazov və Rafiq Əliyev küçələrində aparılan əsaslı təmir işləri çərçivəsində yol infrastrukturu tam yenilənib, uzun müddət əsaslı təmir olunmayan avtomobil yolları müasir standartlara uyğun şəkildə bərpa edilib.
Yenidənqurma işləri zamanı ilkin olaraq torpaq və çınqıl örtüklü yeni yol yatağı formalaşdırılıb, növbəti mərhələdə həmin yol üzrə müasir standartlara cavab verən asfalt örtüyü döşənib. Bütün işlər müəyyən edilmiş qrafikə uyğun, texnoloji ardıcıllıq gözlənilməklə və yüksək keyfiyyətlə icra olunub. Beləliklə, avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırıb və avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq təmin edilib.
Qeyd edək ki, 2025-ci ildə İmişli şəhəri ərazisində ümumilikdə 4.5 km avtomobil yoluna 24 000 kv.metrə yaxın asfalt örtüyü qoyulub.









Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












