İndoneziyanın vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Raka Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. İndoneziya bu mühüm tarixi Azərbaycanla birgə qeyd edir və ölkənizin inkişafla bağlı əldə etdiyi nailiyyətləri, həmçinin regional və beynəlxalq sülhə töhfələrini yüksək qiymətləndirir.
İndoneziya və Azərbaycan qarşılıqlı hörmət, ortaq dəyərlər və konstruktiv dialoqa sadiqlik əsasında qurulan səmimi və inkişaf edən tərəfdaşlığa malikdir. Müxtəlif mədəni irslər və ümumi istəklərlə zənginləşən ölkələr kimi bir sıra sahələr üzrə əməkdaşlığımızı dərinləşdirmək və genişləndirmək üçün böyük potensial mövcuddur. Əminəm ki, ölkələrimiz arasında dostluq və həmrəylik gələcək illərdə də inkişaf edəcəkdir.
Sizə uğurlar və rifah, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzu edirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












