İrandan uçuşlarla bağlı qadağa

İran hakimiyyəti bütün təyyarələrin təbii üfüq xəttindən və yerdəki oriyentirdən kənarda Vizual Oriyentasiya Qaydaları (Visual Flight Rules - VFR) əsasında həyata keçirilən aşağı hündürlüklərdə uçuşlarını üç ay müddətinə dayandırıb.
Avtosfer.az-ın "İnterfaks"a istinadən xəbərinə görə, bu, beynəlxalq NOTAM (uçuş və yer təhlükəsizliyinə təsir edə biləcək müəyyən mühüm vəziyyətlər barədə hava işçilərinə məlumat vermək üçün dərc edilmiş bildiriş - red.) bildirişində əks olunub.
Hökumət strukturlarının təyyarələri, hərbi aviasiya, axtarış-xilasetmə və tibbi xidmətlər, eləcə də neft şirkətlərinin helikopterləri üçün hava hərəkətinə nəzarət orqanları ilə razılaşdırılmaq şərti ilə istisnalar edilir.
VFR uçuşları adətən kiçik təyyarələrin şəxsi pilotları tərəfindən 5 500 metrə qədər yüksəkliklərdə istifadə olunur.
NOTAM tərəfindən dərc olunmuş bildiriş instrumental uçuş qaydaları əsasında həyata keçirilən kommersiya reyslərinə şamil edilmir, hansı ki, bu zaman yəni təyyarənin yeri, məkan mövqeyi və uçuş parametrləri uçuş-naviqasiya cihazları və dispetçerlərin təlimatları ilə müəyyən edilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












