Kanada vətəndaşlarının Azərbaycan vasitəsilə İrandan təxliyəsi müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Avtosfer.az-a bildirilib ki, telefon danışığı zamanı bölgəmizdə müşahidə olunan hərbi eskalasiya və artan təhlükəsizlik riskləri ilə bağlı dərin narahatlıq ifadə olunub.
Mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.
Nazir Anita Anand keçən ilin iyun ayında hərbi eskalasiya zamanı İranda olan Kanada vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Həmin dövrdə göstərilmiş operativ və humanitar dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.
Mövcud təhlükəsizlik şəraiti nəzərə alınaraq, zərurət yarandığı təqdirdə Kanada vətəndaşlarının İrandan təxliyəsi məqsədilə Azərbaycan sərhədindən istifadəsi ilə bağlı mümkün perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












