Keçmiş məcburi köçkünlər Mehriban Əliyevanı təbrik etdilər - VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqınlara və məcburi köçkünlərə həssas münasibəti, onların sosial məsələlərinin həllinə, təhsilinə, sağlamlığına diqqət və qayğısı mühüm yer tutur.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyevlə birlikdə Qarabağa və Şərqi Zəngəzura hər səfərində Mehriban xanımın doğma yurd yerlərinə qayıdan insanlarla səmimi görüşləri, söhbətləri unudulmaz hadisəyə çevrilir.
Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə mədəni-tarixi irsin bərpasında fəal iştirak edir, mənəvi dəyərlərimizin qorunmasına və zənginləşdirilməsinə sanballı töhfələr verir.
Keçmiş məcburi köçkünlər istər didərginliyin çətinliklərini çəkdikləri dövrdə, istərsə də indi Böyük Qayıdışın sevincini, doğma yurda qovuşmaq xoşbəxtliyini yaşadıqları günlərdə onlara göstərdiyi diqqət və qayğıya görə Mehriban xanıma minnətdardırlar.
Qarabağdan, Şərqi Zəngəzurdan əziz və hörmətli Mehriban xanıma ad günü münasibətilə ünvanlanan təbriklər bu səmimi duyğunun bariz ifadəsidir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinın hazırladığı təbrik videoçarxını təqdim edirik:
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












