"Kəlbəcər" tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb - ASCO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Kəlbəcər" tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb. Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, "Kəlbəcər" tankerinin istismara verildiyi 4 il ərzində bu gəmi ilə müxtəlif limanlara ümumilikdə 61 səfər həyata keçirilib. Bu səfərlər çərçivəsində tankerlə 384,443 ton neft və neft məhsulu daşınıb. Hazırda xarici sularda üzən "Kəlbəcər" gəmisinin yükgötürmə qabiliyyəti 7 800 ton, uzunluğu 141, eni 16,9 metrdir.
Xatırladaq ki, "Kəlbəcər" tankerinin istismara verilməsindən 4 il ötür. ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan "Kəlbəcər" 10 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Əlavə edək ki, ümumilikdə indiyədək BGZ-də ASCO üçün dörd tanker tikilib və təhvil verilib, daha üç tankerin inşası isə hazırda davam etdirilir.
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...












