Kobaxidzedən Bakıdakı yeni səfirlik binası ilə bağlı SƏRƏNCAM

Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək. Obyektin layihələndirilməsi və tikintisi üzrə xidmətlərin satın alınmasını Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək.
Avtosfer.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sərəncam imzalayıb.
Sənədə əsasən, səfirliyin binası Bakının Yasamal rayonunda, Nəriman Nərimanov və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən 3444,5 kv. metrlik torpaq sahəsində inşa olunacaq. Satınalma prosesi layihələndirmə və tikinti mərhələlərini özündə birləşdirən vahid “Design-Build” müqaviləsi əsasında baş tutacaq.
2026-cı ilə planlaşdırılan işlər Gürcüstanın dövlət büdcəsində Bələdiyyələrin İnkişafı Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdiriləcək. Sonrakı mərhələlərin maliyyələşdirilməsi 2027-ci il büdcəsinə, zərurət olduqda isə növbəti illərin büdcəsinə daxil ediləcək.
Tikinti başa çatdıqdan sonra bina Gürcüstanın Xarici İşlər Nazirliyinin balansına veriləcək.

Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO












