Köç karvanları Şuşakənd və Xanyurdu kəndlərinə çatdı - FOTO - YENİLƏNİB

Dekabrın 25-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə köçürülən 83 nəfərdən ibarət 20 ailəyə və Xanyurdu kəndinə köçürülən 50 nəfərdən ibarət 12 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Dekabrın 25-də doğma yurduna yola salınan köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 169 nəfərdən ibarət 37 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə - 83 nəfər, Xanyurdu kəndinə 12 ailə - 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə - 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə - 147 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR



















