"Koroğlu" tankeri təmirdən sonra Türkmənistana səfər etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Koroğlu” tankeri təmirdən sonra yenidən istismara qaytarılıb və onun ilk səfəri Türkmənistanın Kiyanlı limanına olub.
Avtosfer.az xəbər verir ki, Dəniz Nəqliyyatı Donanmasının tərkibində istismar olunan tanker üzrə təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
“Qısa müddətdə həyata keçirilən təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri görülüb.
Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib. Həmçinin gəmi heyətinin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib”, – məlumatda qeyd olunur.
Uzunluğu 149,9 metr, eni 17,3 metr, sürəti 12 uzel olan gəmi 13 min ton yükdaşıma qabiliyyətinə malikdir.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












