“Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində növbəti dəfə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Medianın İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqə jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, eləcə də media sahəsinə maraq göstərən digər ixtisasdan olan tələbələri əhatə edir.
Müsabiqənin keçirilməsinin əsas məqsədi media savadlılığı və dezinformasiya ilə mübarizədə yeni məzmun ideyalarının yaradılması, gənclər üçün peşəkarlaşma, eyni zamanda ixtisaslaşmanın təşviq edilməsidir.
Müvafiq müsabiqəyə “Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmış məqalələrlə müraciət etmək mümkündür.
Müsabiqə üçün dil, həcm və janr məhdudiyyəti nəzərdə tutulmur.
Qiymətləndirmə materialın yaradıcı, orijinal və maarifləndirici əhəmiyyətli olması, jurnalistikanın prinsiplərinə uyğunluğu, eləcə də plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi nəzərə alınmaqla aparılacaq.
20 dekabr saat 12:00-dək göstərilən linkdəki elektron qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz.
Qeyd edək ki, qaliblərə hədiyyə və sertifikatların təqdim edilməsi, həmçinin onların məqalələrinin peşəkar onlayn media subyektlərində paylaşılması nəzərdə tutulur.
Müraciət üçün son tarix: 20 dekabr 2025-ci il, saat 12:00
Qeydiyyat linki: https://shorturl.at/50FOD
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












