Banner

Küləkli havada bu işlər dayandırılacaq

Xəbərlər 16 Oktyabr 2026 13:41
Küləkli havada bu işlər dayandırılacaq
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda küləkli hava şəraitində açıq iş yerlərində işlərin dayandırılması və kranların istismarına məhdudiyyətlərin tətbiqi təklif olunub.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, Məcəllənin 233-cü maddəsində işin dayandırılması və fasilələrin verilməsi ilə bağlı müddəaların küləkli hava şəraitinə də şamil edilməsi nəzərdə tutulur. Yeni qaydalar açıq iş yerlərində, o cümlədən həmin ərazilərdə yerləşən qurğularda görülən işləri əhatə edəcək. Layihədə quruda istismar olunan kranlarla bağlı məhdudiyyətlər də müəyyənləşdirilir.

Belə ki, küləyin gücü 6-8 bal olduqda kranlarla işlərin görülməsinə yalnız onların texniki pasportlarında nəzərdə tutulan hallarda icazə veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarla bütün növ işlərin dayandırılması təklif edilib.

Dəyişikliklərin məqsədi küləkli hava şəraitində açıq iş yerlərində çalışanların təhlükəsizliyini təmin etmək və kranların istismarına dair tələbləri dəqiqləşdirməkdir.

Oxunub : 148
ŞƏRH YAZ
Ad

E-mail

Şərh