Kürdəmirdə ərindən çay istəyən qadın FACİƏ YAŞADI

Kürdəmirdə kişi arvadını döyüb.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Məlumata görə, qadın sahədə işdən yorğun gələrək ərindən təzə çay dəmləməsini xahiş edib. Bu zaman mətbəxdə bıçaqla çörəyin üstünə şor sürtüb yeyən 63 yaşlı Sənan Süleymanov (şərti adla) arvadına kobud cavab verərək, termosda çay olduğunu və özünün də o çaydan içdiyini deyib.
Bu mövzuda ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Sənan əlindəki bıçaqla qadının üzərinə gedib və kəsici aləti onun boğazına dirəyərək, ölümlə təhdid edib. Daha sonra yumruqla qadının üzünə zərbə vurub. Yerə yıxılandan sonra isə təpiklə arvadına bir neçə dəfə vuraraq, xəsarətlər yetirib. Hadisə zamanı həmçinin zərərçəkənin bir barmağı da kəsilib.
Faktla bağlı Sənan Süleymanov saxlanılaraq, barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən qadın isə əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Sənan Süleymanov 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












