Laçında Qadınlar Forumu keçirilir

Laçında “İƏT Həftəsi” çərçivəsində Qadınlar Forumu keçirilir.
Avtosfer.az xəbər verir ki, forumun açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova forumun tarixi hadisə olduğunu diqqətə çatdırıb.
“Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modelləri geniş vüsət alıb.
Eyni zamanda, qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə edib.
Laçın da daxil olmaqla işğaldan azad edilən ərazilərimizdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir”, - Bahar Muradova qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarıdır.
Qeyd edək ki, Qadınlar Forumu dünən Ağdamda baş tutan Gənclər Forumu kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə “İƏT Həftəsi” çərçivəsində ilk dəfə keçirilir.
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












