Leyla Əliyeva Deqatinin sərgisində - FOTOLAR

Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi açılıb.
Avtosfer.az xəbər verir ki, Leyla Əliyeva sərgini ziyarət edib.
Reza Deqati Leyla Əliyeva sərgi ilə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin fotoları müxtəlif taleləri və hekayələri bir-birinə yaxınlaşdırdığı kimi, aviasiya da məsafələri aradan qaldıraraq insanları və ölkələri birləşdirir. Bu sərgi səyahətin təkcə uçuşla deyil, həmçinin ilhamla başladığını xatırladır.
“Yüksələn işıq” sərgisi AZAL, “Boeing” və Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə tərəfdaşlığı ilə reallaşdırılıb. Bu tərəfdaşlıq “Azərbaycan Hava Yolları” QSC ilə “Boeing” arasında uzunmüddətli və strateji əməkdaşlığın bir hissəsidir, həmçinin müasir aviasiya texnologiyalarının tətbiqi, uçuş təhlükəsizliyinin və sərnişin rahatlığının artırılması, eləcə də Azərbaycanın qlobal aviasiya məkanındakı mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərgi insanları, məkanları və mədəniyyətləri birləşdirən görünməz bağlardan bəhs edir. Məhz bu baxış bucağı ilə AZAL Azərbaycanı dünya ilə qovuşdurur, səyahətləri sadə marşrutlardan kənara çıxararaq yaddaqalan, mənalı hekayələrə çevirir.












Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












