Leyla Əliyeva tamaşada - FOTOLAR

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Avtosfer.az xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunan tamaşanın nümayişində Leyla Əliyeva da iştirak edib.
Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizaynı isə Konstantin Soldatov və Platon Soldatovdır.
Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov və Mehriban Hüseynova çıxış ediblər.
Sonda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.
Qeyd edək ki, “Neft bumu hamıya gülümsəyir” festivalı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin layihəsidir.








Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












