Leysan, dolu və qar gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da və 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 6-da gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, oktyabrın 7-də gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında oktyabrın 6-da axşamdan oktyabrın 7-də gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, oktyabrın 6-dan 7-nə keçən gecə və səhər yağıntıların güclənəcəyi ehtimal olunur.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-in bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












