“Lufthansa” 2030-cu ilədək 4 min iş yerini ixtisar edəcək

“Lufthansa” aviaşirkəti 2030-cu ilədək inzibati idarəetmə sahəsində 4 min ştat yerinin ixtisar olunacağını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, “Lufthansa” bununla yanaşı, orta müddətli maliyyə hədəflərini də yüksəldib. Avropanın ən böyük hava daşıyıcısı olan və son məlumatlara əsasən 103 min nəfərdən çox işçi heyətinə malik konsern gələcəkdə əməliyyat mənfəətini dövriyyənin 8-10 faizi səviyyəsinə çatdırmağı qarşısına məqsəd qoyub. Əvvəllər bu göstərici 8 faiz olaraq müəyyən edilmişdi.
Eyni zamanda, “Swiss”, “Austrian”, “Brussels Airlines” aviaşirkətlərini də idarə edən “Lufthansa” İtaliyanın “ITA Airways” şirkətində böyük səhmlərə malikdir.
Qeyd edək ki, aviaşirkət yaxın günlərdə pilotların mümkün tətili təhlükəsi ilə də üzləşə bilər. Belə ki, sentyabrın 30-da “Lufthansa” və “Lufthansa Cargo” şirkətlərində çalışan pilotların üzv olduğu “Vereinigung Cockpit” həmkarlar ittifaqının tətilə dair ümumi səsverməsi başa çatır. Mübahisə əsasən korporativ pensiya təminatı ilə bağlıdır. “Lufthansa” isə ittifaqın irəli sürdüyü tələbləri “ödənilməsi mümkün olmayan” şərtlər kimi qiymətləndirib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












