"Lufthansa” hər həftə 100 aviareysi ləğv etmək istəyir

"Lufthansa” aviaşirkəti Almaniyada uçuşların getdikcə bahalaşması, yüksək vergi və rüsumlarla mübarizə ilə əlaqədar aviareysləri azaltmağı planlaşdırır.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkətin rəhbəri Karsten Şpor yerli mediaya açıqlamasında xərclərin 2019-cu ildən etibarən iki dəfə artması ilə əlaqədar gələn yay həftədə təxminən 100 daxili uçuşun ləğv olunacağını bildirib. O, yerli xərclərin azaldılmayacağı təqdirdə daha çox ixtisarın qaçılmaz olacağını vurğulayıb.
Şirkətin rəhbəri Münzen–Münster/Osnabrük və ya Münzen–Drezden kimi aviareyslərin təhlükə altında olduğunu, bu istiqamətlərdə uçuşların zərərlə həyata keçirildiyini bildirib.
Xarici uçuşlarla müqayisədə daxili reyslər hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. Xüsusilə işgüzar səfərlərin sayı hələ də aşağıdır. Şirkətin qiymətləndirməsinə görə, bu, bir çox hallarda şəxsi görüşlər əvəzinə videokonfranslara üstünlük verilməsi ilə əlaqədardır.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












