“Lux Residence"nin qanunsuzluğunu üzə çıxardı - İşindən oldu - FOTO

Qubadlı rayonunun Mahruzlu kənd sakini Əliyev Baxşəli Əli oğlu Baş Prokuror Kamran Əliyevə müraciət edib.
Avtosfer.az-ın məlumatına görə, şikayətçi Baxşəli Əliyev "Unikal"a açıqlamasında bildirib ki, çalışdığı “Lux Residence" tikinti şirkəti onu qanunsuz olaraq işdən çıxarıb:
"Bildirirəm ki, “Qarabağ Müharibə” veteranı, II qrup əliləm. Səhhətim işləməyə hələ ki, imkan verir. Aldığım pensiya müalicə xərclərimi ödəmədiyindən sağlamlığımın imkan verdiyi qədər işləmək qərarına gəlib “Lux Residence" tikinti şirkətində sınaq müddəti ilə işə binaya komendant işinə qəbul olunmuşdum. Bir neçə gün işlədikdən sonra burada çalışan satış üzrə menecer Gültəkin Məmmədzadə əməkhaqqının qeyri-qanuni olaraq vergidən yayınmaqla ödənilməsini mənə bildirdi. Dedi ki, işçilərə əməkhaqqı iki formada verilir. Birinci minimum əməkhaqqı məbləğində kartla, qalan hissə isə nağd şəkildə ödənilir ki, bu da onların gələcəkdə pensiya hüquqlarını kobud şəkildə pozmaqla yanaşı vergidən yayınma halları ilə nəticələnir.
Gültəkin Məmmədzadənin dedikləri fikirlərin doğru olduğunu bilmək üçün digər işçilər arasında sorğu apardım və onun dediklərinin doğru olduğu bəlli oldu. Mənim bu sorğunu aparmağımı rəhbərliyə məlumat veriblər və rəhbərlik də məni heç bir əsas olmadan işdən kənarlaşdırıb. Beləliklə məlum oldu ki, bu şirkətdə vergidən yayınma halları baş alıb gedir və bu hal kimlər tərəfindənsə gizlədilərək dövlətə külli miqdarda ziyan vurulur. Bu şirkətdə açıq-aşkar AR CM-nin 213 maddəsinin tərkib hissəsi var və bu işlərə aidiyyatı orqanların müdaxiləsinə ehtiyac duyulur. Bundan əlavə digər qanunsuzluqlar baş alıb gedir və bu şirkət rəhbərliyi, burada çalışan ailə üzvləri və şirkəti himayə edənlər tərəfindən gizlədilir. Bu gün işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasına vəsait toplanması vacib olduğu halda bu şirkətdə büdcəyə ödəmələrdən yayınma hallarını gizlətmək ən azından dövlətə xəyanətdir".

Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












