M8 marşrut xətti üzrə İNTERVAL PROBLEMİ: "20-25 dəqiqəyə gəlirlər"

Bakıda M8 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar arasında intervalın çoxluğu sərnişinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.
Qeyd edilib ki, M8 marşrut xətti üzrə işləyən avtobuslar arasında interval 20-25 dəqiqəyə çatır.
"Günün pik saatlarında yollarda qalırıq. Avtobus Maştağadan gəlir. Adam o qədər çox olur ki, hətta səhər saat 6-da da avtobusa minmək mümkün olmur. Çox əziyyət çəkirik, heç olmasa intervalı 10-15 dəqiqəyə endirsinlər", - deyə müraciətdə bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, qurumun istismarında olan M8 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən, 10-11 dəqiqəlik intervalla fəaliyyət göstərir.
"M8 nömrəli xətt üzrə ümumilikdə 17 avtobus hərəkət edir. Lakin günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Heydər Əliyev prospekti və Sabunçu-Zabrat şosesində, Seyid İbad Ağa, Ağa Nemətulla, Əbdüləzəl Dəmirçizadə, Təbriz küçəsi, Fətəli xan Xoyski prospekti istiqamətlərində, müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən avtobuslararası intervallarda artım müşahidə edilir.
Qeyd olunan saatlarda sərnişin sıxlığı ilə bağlı bildirmək istərdik ki, marşrutun başlanğıc istiqaməti olan Maştağa qəsəbəsindən səhər saatlarında şəhər istiqamətinə hərəkət edən sərnişin axınının artması səbəbindən bəzi sıxlıq halları müşahidə olunur.
Bu səbəbdən avtobus sayının artırılması ilə bağlı müvafiq ölçü götürülüb və hazırda monitorinq prosesi aparılır", - deyə M.Əliyeva vurğulayıb.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












