"Mağazalara girmək mümkün deyil" - Qubada bərbad vəziyyətdə - VİDEO

Quba şəhərinin mərkəzi hissəsində tametlər sökülüb, piyadalar çətinliklə hərəkət edirlər.
Avtosfer.az xəbər verir ki, Qubanın Heydər Əliyev prospekti, 196 ünvanında mağazaların qarşısındakı və piyadaların hərəkət hissəsindəki tametlər sökülüb, lakin hazırda heç bir təmir işi aparılmır. Ərazi artıq bir aya yaxındır ki, bərbad vəziyyətdədir və havaların yağıntılı keçməsi piyadaların hərəkətini çətinləşdirir.
Burada fəaliyyət göstərən dörd mağaza müştərilərini qəbul edə bilmir. Sahibkarların sözlərinə görə, yol palçıq olduğuna görə heç kim mağazalara daxil olmaq istəmir.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov bildirib ki, son aylarda rayonda abadlıq işləri davam edir. Müxtəlif küçə və prospektlərdə asfaltlama və yeni səki daşlarının döşənməsi həyata keçirilir. Həmin ərazidəki kafel və metlax örtüyü köhnəldiyinə görə sökülüb və yağıntılı hava səbəbindən təmir müvəqqəti dayandırılıb.
Hava şəraiti düzəldikdən sonra həmin sahədə işlər bərpa olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












