Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi

Gürcüstanda Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyəsində baş vermiş qrup halında zorakılıq faktı ilə bağlı Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində hökm çıxarıb.
Avtosfer.az 24News.ge xəbər portalına istinadən xəbər verir ki, məhkəmə Kənan İsmayılovu yeddi ay müddətinə azadlıqdan məhrum edib.
Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi hökmün elan olunması ilə yekunlaşıb.
Məhkəmənin qərarına əsasən, Kənan İsmayılovun həbs müddəti aprelin 6-da saxlanıldığı tarixdən hesablanacaq.
İş üzrə daha üç nəfər barəsində isə iki il müddətinə şərti cəza təyin edilib.
Prokurorluğun məlumatına görə, hadisə aprelin 6-da Marneuli bələdiyyəsində biznes fəaliyyəti ilə bağlı yaranan mübahisə zamanı baş verib.
İstintaq müəyyən edib ki, Kənan İsmayılov və onu müşayiət edən şəxslər zərərçəkmiş şəxsə xəsarətlər yetiriblər.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












