Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasının fəaliyyətini dayandırdığı iddia edilir.
Avtosfer.az Bizim.Media-ya istinadən xəbər verir ki,xəstəxanada müalicə alan xəstələrin müxtəlif psixiatriya və digər ixtisaslaşmış tibb müəssisələrində yerləşdirilməsi həyata keçirilib.
Bununla da uzun illər fəaliyyət göstərən müəssisənin fəaliyyətinin tam dayandırıldığı iddia olunur.
Xəstəxananın hansı səbəbdən bağlandığı, pasiyentlərin konkret olaraq hansı müəssisələrə köçürüldüyü, həmçinin binanın və ərazinin gələcəkdə hansı məqsədlə istifadə olunacağı barədə isə hələlik ətraflı rəsmi məlumat yoxdur.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir.
Nazirlik rəsmisi bu barədə əlavə məlumat verməyib.
Xatırladaq ki, bu ilin fevralında Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı xəstəxananın baş həkiminin müavini və hərbi həkim komissiyasının sədri Elxan Əsədov korrupsiya iddiaları ilə əlaqədar saxlanılıb. Məlumata görə, daha sonra o, sərbəst buraxılıb.
Bu ilin mayında isə sözügedən müəssisədən 10-a yaxın xəstənin qaçdığı iddia olunmuşdu.
Daxili İşlər Nazirliyindən isə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi, şayiə olduğu bildirilmişdi.
Məlumat üçün bildirək ki, Maştağa qəsəbəsində yerləşən Ruhi Psixiatriya Xəstəxanasının direktoru Orxan Cəfərovdur.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












