MEDİA-da D-8-in baş katibi ilə görüş - FOTOLAR

Bu gün Medianın İnkişafı Agentliyində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə ikitərəfli görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov D-8 üzv dövlətləri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin, media qurumları və aidiyyəti sahə üzrə məsul institutlar arasında təcrübə mübadiləsinin təşviqinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, müasir informasiya mühitində media savadlılığının gücləndirilməsi, yanlış məlumatlandırma və dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılması, eləcə də rəqəmsal transformasiya şəraitində peşəkar və dayanıqlı media mühitinin inkişafı xüsusi aktuallıq kəsb edir.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Sohail Mahmud D-8 üzv dövlətləri arasında media sahəsində qarşılıqlı səfərlərin, peşəkar mübadilə proqramlarının, birgə media təşəbbüslərinin və ortaq layihələrin təşviqinin vacibliyini vurğulayıb. O, media məzmununun hazırlanması və yayımı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin, həmçinin innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin media sahəsində məsuliyyətli tətbiqinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Eyni zamanda D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətinin təşkili, Mərkəzin koordinasiyalı kommunikasiya təşəbbüsləri üçün platforma kimi fəaliyyət imkanları müzakirə olunub, media və informasiya təhlükəsizliyi sahəsində birgə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.



Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












