Media və Yayım Şurasında Nat Bayjay ilə ikitərəfli görüş - FOTOLAR

Bu gün Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay ilə ikitərəfli görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Azərbaycan ilə Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq perspektivlərinin, təcrübə mübadiləsinin genişləndirilməsinin və informasiya mübadiləsi sahəsində qarşılıqlı əlaqələrin inkişafı etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
O bildirib ki, mədəniyyətlərarası dialoqun təşviqində, xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində və ölkələr haqqında obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın rolu mühüm əhəmiyyət daşıyır.
Liberiyanın informasiya nazirinin texniki xidmətlər üzrə müavini Nat Bayjay Azərbaycanla media və kommunikasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, institusional əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi perspektivlərini vurğulayaraq, rəqəmsal transformasiya proseslərinin əhəmiyyəti və sözügedən istiqamətdə strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini xüsusi olaraq qeyd edib.
Görüş zamanı həmçinin media sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müasir kommunikasiya texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ












