Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi

Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iştirak edən təqsirləndirilən şəxs cəzasının azaldılmasını xahiş edib. O bildirib ki, əvvəllər məhkumluğu olmayıb, hazırda 68 yaşındadır və səhhətində problemlər var. V.Əlibəyov bu halları nəzərə alaraq cəzasının qismən yüngülləşdirilməsini istəyib.
Məhkəmə araşdırmasından sonra qərar verilib. Məhkəmənin qərarı ilə V.Əlibəyovun şikayəti rədd edilib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, V.Əlibəyov məhkəmənin hökmü ilə 18 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il avqustun 10-da saat 4 radələrində rayonun Yuxarı Tahircal kəndində baş verib.
Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov hadisədən bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı qaçırıb və Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış. O, kənd ərazisindəki fermer təsərrüfatlarında çoban işləyirmiş.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs V.Əlibəyov bildirib ki, hadisədən bir gün əvvəl qeyri-rəsmi yaşadığı Şəlalə və onun qardaşı Şirin onu döyüb, təhqir ediblər. O da gecə saatlarında hər iki şəxsi qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə o, saat 4 radələrində həyətdə baltanı götürərək evə daxil olub, əvvəlcə Şirini, sonra isə Şəlaləni baltalayıb. Hadisə nəticəsində Şirin aldığı xəsarətlərdən ölüb, Şəlalə isə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra Vəkil Əlibəyov kənd ərazisində saxlanılıb, istintaqa təhvil verilib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












