Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalq artisti Aleksandr Şarovski vəfatı ilə bağlı paylaşım edib.
Avtosfer.az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı öz "X" sosial media hesabında paylaşıb.
****
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Avtosfer.az xəbər verir ki, görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski 9 sentyabr 2026-cı il tarixində, 78 yaşında vəfat edib.
Aleksandr Yakovleviç Şarovski 10 fevral 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.
Aleksandr Şarovski 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1976-cı ildən taleyini 50 il ərzində çalışdığı S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına bağlayıb. Bu səhnədə aktyor kimi həyat verdiyi Rezo ("Premyera", L.Roseb), Eldar ("Qum üzərində ev", R.İbrahimbəyov), Şeyx Sənan ("Şeyx Sənan", H.Cavid), Fərhad ("Fərhad və Şirin", S.Vurğun), Henrix ("Kral Lir", V.Şekspir), Mehmandarov ("Neft bumu", M.İbrahimbəyov) – ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Aleksandr Şarovski 1978–1990-cı illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissor assistenti, 1991-ci ildən quruluşçu rejissor, 1993-cü ildən 2026-cı ilədək baş rejissor kimi fəaliyyət göstərib. Bu illər ərzində 50-dən artıq tamaşaya quruluş verib.
Sənətkar eyni zamanda "Yarımçıq qalmış mahnı" (1979), "Anın quruluşu” (1980) "Qorxma, mən səninləyəm" (1981) və "Lətifə" (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
Geniş ictimai fəaliyyəti ilə də tanınan Xalq artisti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasında təmsil olunurdu.
Aleksandr Şarovskinin Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi görkəmli teatr xadimi, Xalq artisti Aleksandr Şarovskinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












