Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO

Meksikanın "Así Lo Dice México" qəzetində Federiko La Montun müəllifi olduğu məqalədə Prezident İlham Əliyevin siyasi rəhbərliyi, hərbi strategiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı rolu təhlil edilib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə müasir dövlətçilik tarixində siyasi strategiya ilə hərbi rəhbərliyin uzlaşdırılmasının əhəmiyyətindən bəhs olunur və bu baxımdan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin liderliyi xüsusi vurğulanır.
Müəllif qeyd edir ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı nümayiş etdirdiyi qətiyyətli rəhbərlik və "Qarabağ bizimdir!" bəyanatı Azərbaycanın milli kimliyinin və ərazi bütövlüyünün bərpasında tarixi mərhələ oldu. Onun fikrincə, siyasi qərarların hərbi əməliyyatların gedişi ilə uzlaşdırılması Azərbaycanın Qələbəsinin mühüm amillərindən birinə çevrildi.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanat da müharibənin başa çatmasında həlledici dönüş nöqtəsi kimi qiymətləndirilir. Bildirilir ki, bu sənəd Azərbaycanın ərazi bütövlüyünün bərpası və Şuşa şəhərinin azad edilməsindən sonra yaranmış yeni reallıqları təsbit edib.
Federiko La Mont Azərbaycanın Qələbəsini qədim Çin hərbi strateqi Sun Tzunun "Müharibə sənəti" əsərində irəli sürülən prinsiplərlə də əlaqələndirir. Müəllifin qənaətinə görə, qələbəyə aparan yol yalnız döyüş meydanında üstünlük əldə etməkdən deyil, həm də uzunmüddətli hazırlıqdan, iqtisadi və texnoloji potensialın gücləndirilməsindən, milli birliyin və mənəvi ruhun möhkəmləndirilməsindən keçir.
Yazıda Azərbaycanın müasir hərbi texnologiyalardan, o cümlədən zərbə dronlarından və yüksəkdəqiqlikli silah sistemlərindən istifadəsinə də diqqət çəkilir. Qeyd olunur ki, ordunun texnoloji imkanlarının inkişafı və müasir döyüş strategiyasının tətbiqi hərbi əməliyyatların nəticələrinə əhəmiyyətli təsir göstərib.
Müəllif, həmçinin Azərbaycanın beynəlxalq diplomatiya sahəsindəki fəaliyyətini strateji uzaqgörənliyin mühüm tərkib hissəsi kimi təqdim edir. Onun fikrincə, beynəlxalq münasibətlərin qorunması, qonşu dövlətlərlə əlaqələrin davam etdirilməsi və diplomatik imkanlardan səmərəli istifadə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsinə xidmət edib.
Məqalədə noyabrın 8-də qeyd olunan Zəfər Gününün yalnız hərbi qələbənin ildönümü olmadığı, eyni zamanda, Azərbaycanın milli birliyini, suverenliyini və tarixi ədalətin bərpasını təcəssüm etdirən ümumxalq bayramına çevrildiyi vurğulanır. Bildirilir ki, 2021-ci ildən etibarən rəsmi şəkildə qeyd edilən bu gün milli qürur və dirçəlişin rəmzidir.
Müəllif yazısını belə bir qənaətlə yekunlaşdırır: siyasi liderliyin, strateji düşüncənin və ərazi suverenliyinə sadiqliyin vəhdəti Azərbaycanın təcrübəsini milli strategiya baxımından diqqətəlayiq nümunəyə çevirir.
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ














