“Mən “uje” 1500 manatlıq cərimə etdim” - VİDEO

Audiovizual Şuranın sədri İsmət Səttarov efirdə dil qaydalarının pozulması ilə bağlı 1000 manata qədər cərimələrin tətbiq ediləcəyini açıqlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Əməkdar artist Tahir İmanov Şura sədrinin bu açıqlamasına instaqram hesabında paylaşdığı ironik video ilə münasibət bildirib.
“Televiziyada yeni cərimələr tətbiq olunub. Beleliklə, televiziya verilişində “ok” sözünü işlədən 500 manat cərimə olunacaq. “Vauu” sözünə görə 500 manat, “karoçi” sözünə görə də 500 manat cərimələnəcəksiniz. Mən “uje” 1500 manatlıq cərimə etdim. Üzr istəyirəm, “uje” dedim, cərimə 2000 min manat oldu. Amma televiziyada ağzınıza gələni danışsanız, bayağı musiqi təbliğ etsəniz, heç bir cərimə olmayacaq”, - Əməkdar artist vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl İ.Səttarov bildirib ki, Şura verilişlərin monitorinqində süni intellektdən istifadə etməyə başlayıb. Nəticədə aparıcılar tərəfindən təxminən 3 min dəfə xarici sözlərdən istifadə edildiyi müəyyənləşib. Məsələn, “ok” sözü 104 dəfə səsləndirilib.
Onun sözlərinə görə, yanvardan etibarən bu məlumatlar telekanallara göndəriləcək. 3 aydan sonra Şura dil haqqında qanundan irəli gələrək 500 manatdan 1000 manata qədər cərimələr tətbiq edəcək.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












