Mərhum generalın əmlakları müsadirə edildi - Siyahı

Müdafiə nazirinin sabiq müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşının cinayət işi üzrə uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda vəzifə səlahiyyətlərini aşmaqla xüsusilə külli miqdar təşkil edən 15 milyonluq mənimsəmədə təqsirli biliniblər.
Hökmə əsasən şirkət əməkdaşları - Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum generalın üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkanda bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə edilib.
Qeyd edək ki, general Fuad Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR










