Merts gözlənilmədən Kiyevə səfər etdi

Almaniya kansleri Fridrix Merts bazar günü səhər saatlarında əvvəlcədən elan edilməmiş səfərlə Kiyevə gedib. Onu iqtisadiyyat naziri Katerina Rayxe, eləcə də müdafiə və energetika sektorlarını təmsil edən 10 sahibkar müşayiət edir.
Avtosfer.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Merts Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyini və Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyinə zəmanət verəcəyini bildirib.
"Tərəfdaşlığımız ikitərəfli əməkdaşlığa əsaslanır. Almaniya və Ukrayna şirkətləri hər iki ölkəyə fayda verən texnologiyaları birgə hazırlayırlar. Bu, bizi daha yaxşı müdafiə olunmuş və güclü edir", - deyə kansler vurğulayıb.
Merts Kiyevdə Ukraynaya ümumilikdə 1 milyard avro dəyərində silah-sursat yardımı və energetika sektorunun bərpası üçün 350 milyon avro vəsaiti əhatə edən yardım paketini elan edəcək.
Layihələr çərçivəsində Almaniya və Ukraynada müxtəlif növ pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı da nəzərdə tutulur. Əsas istiqamətlərdən biri reaktiv dronların qarşısını almaq üçün uğurlu sınaqlardan keçmiş "Quantum" şirkətinin PUA-larının istehsalının sürətləndirilməsidir.
Bildirilib ki, yardım paketinə, həmçinin uçuş məsafəsi 1 000 kilometrdən çox olan silahların birgə hazırlanması və istehsalı da daxildir.
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA












