Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?

Rusiyada yaşayan məşhur iş adamı, Emin Axundovu hədələyib 3 milyon dollar pulunu və 10 milyonluq əmlakını əlindən almaqda ittiham olunanların məhkəməsi başlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.
Bu iş üzrə iki nəfər - Hikmət Vəliyev və Ramil Tağıyev mühakimə edilir. Xaricdən gətirilən Hikmət həbsdə, Ramil isə azadlıqdadır.
Cinayət işi barədə əvvəlki yazımızda ətraflı məlumat vermişdik. Mahiyyət ondan ibarətdir ki, Ramil əvvəlcə Emin Axundovu aldadaraq 870 min manatını ələ keçirib. Sonra Hikmət və Vüsalla birlikdə onu kriminal aləmdə tanınan “Lotu Quli”nin adından hədələyiblər. Axundova deyiblər ki, o, “Lotu Quli”yə 20 milyon dollar borcludur, pul çatmasa, ailə üzvlərinin sağlamlığına zərər dəyəcək. Bu təhdidlərdən qorxan Axundov onlara 3 milyon dollar pul və 10 milyon manatlıq əmlak verib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla təqsirləndirilən şəxslərə xüsusuilə külli miqdarda əmlak tələb etməklə hədə-qorxu gəlmə və xüsusilə külli miqdarda dələduzluq maddələri ilə ittiham verilib.
.jpg)
Emin Axundov ölkə xaricində olduğu üçün məhkəmədə iştirak etməyib. Onu nümayəndəsi, vəkil Esmira Tağıyeva təmsil edib. Xanım nümayəndə müvəkkilin iş adamı olduğunu xatırladıb, başının qarışıq olduğunu deyərək növbəti proseslərdə gəlib-gəlməyəcəyinin də naməlum olduğunu bildirib.
İşə baxan hakim Vüqar Quliyev isə bununla razılaşmayıb. Hakim deyib ki, Emin Axundov zərərçəkmiş şəxsdir və iş məhz onun şikayəti əsasında araşdırılır. Yekun olaraq nümayəndəyə müvəkkilinin növbəti iclaslarda şəxsən iştirak etməsinin vacibliyini çatdırmaq tapşırılıb.
Hazırda həbsdə olan Hikmətin vəkili heç bir vəsatət qaldırmasa da, çöldəki müttəhim ilkin istintaqdan narazıdır. Ramilin vəkilləri müdafiə hüququnun pozulmasını əsas gətirərək işin məhkəmə baxışına verilmədən prokurora qaytarılmasını xahiş ediblər. Vəkillərdən biri “Lotu Quli” ilə bağlı məsələyə də toxunaraq Ramilin bu söhbətdə iştirakını təsdiq edən sübutun olmadığını deyib.

Emin Axundov isə Ramilin də elə ilk iclasda həbs edilməsini istəyib. Onun nümayəndəsi bu barədə vəsatət qaldırıb, Ramilin istintaqdan yayınma, yer dəyişdirmə və şahidlərə təsir imkanı olmasını əsas gətirərək həbsdə saxlanılmasını xahiş ediblər.
Maraqlıdır ki, eyni statusda olan müttəhimlər də bir-birinə qarşı çıxır. Hikmət də zərərçəkmiş tərəf kimi Ramilin həbsində maraqlıdır, onun vəkili sonuncu vəsatətin təmin edilməsini istəyib.
Tərəflər bir neçə vəsatət qaldırsa da, məhkəmə heç birini təmin etməyib. İbtidai istintaqda kobud qanun pozuntularına yol verilmədiyindən iş məhkəmə baxışına verilib.
Əsas iclas oktyabrın 29-u keçiriləcək.
Qeyd edək ki, Rusiyadakı “Peton Holding”in təsisçilərindən olan Emin Axundov müxtəlif vaxtlarda gündəmə gəlib. Sonuncu dəfə onun adı Rusiyadan Bakıya çamadanlarla pul daşıması ilə hallanıb. Həmin xəbərdə deyilir ki, o, Ufa şəhərindən Bakıya ağzına qədər pulla dolu çamadanlarla gedir.
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












