Metro ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiya...

Bakı Metropolitenində yeni stansiyaların istifadəyə verilməsi ilə bağlı ictimaiyyət arasında maraq artır. Hazırda bir neçə istiqamətdə tikinti işləri davam etdirilir.
Avtosfer.az BAKU.WS-ə istinadən xəbər verir ki , yaxın aylarda yeni stansiyalardan ən azı birinin istifadəyə verilməsi planlaşdırılır. Bununla bağlı konkret tarix hələlik açıqlanmayıb, lakin ilkin mərhələdə hansı stansiyanın daha tez hazır olacağı barədə müzakirələr gedir.
Mövzu ilə "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, 2025-2030-cu illər üçün Dövlət Proqramına daxil olan stansiyalarla bağlı Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir:
"Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər görülür. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Digər stansiyalar dövlət proqramının həyata keçirildiyi dövr ərzində inşa ediləcək".
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












