Metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqı niyə çıxılır? - YENİLƏNİB

Metro və avtobusdan istifadə etmədiyi halda kart balansından gediş haqqının çıxıldığını iddia edən vətəndaşla bağlı "K Group" MMC ("Bakı Kart") açıqlama verib.
Qurumdan qeyd olunub ki, "Bakı Kart" tərəfindən tətbiq edilən ödəniş sistemi həm "birdəfəlik keçid imkanı", həm də "Delayed Authorization" (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir.
"Bir dəfəlik keçid" funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Balans bərpa olunduqda ödəniş avtomatik tutulur. Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, bir saniyənin altında aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir", - qeyd edilib.
Məlumatda əlavə olunub ki, bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir:
"Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.
Ödənişlərlə bağlı sual yarandığı halda vətəndaşlar bank kartının emitenti ilə yanaşı, "Bakı Kart"a rəsmi şəkildə müraciət edərək əməliyyatlar barədə ətraflı məlumat əldə edə bilərlər.
Əlaqə üçün qısa nömrə: *4343, şəhər nömrəsi: +994 12 404 14 21
***
Bakı sakini Rafael Abbasov metro və avtobusdan istifadə etmədiyi halda kart balansından gediş haqqının çıxdığını bildirir.
R.Abbasov müraciətində qeyd edib ki, ictimai nəqliyyatdan istifadə etmədiyi halda bank kartından bir neçə dəfə 0,60 manat çıxılıb.
Müraciətdə həmçinin bildirilir ki, oxşar hal gecə saat 04:00-da da baş verib.
Şikayətçinin sözlərinə görə, dekabrın 29-da günorta və gecə saatlarında evində olub, avtobusdan, metrodan istifadə etməyib:
"Əməliyyat tarixçəmdə müxtəlif vaxtlarda "TP BUS" və "TP METRO" qeydləri ilə bir neçə dəfə 0,60 manatın çıxıldığı görünür. Kartımda həmişə pul olub, söhbət əvvəlki borcun tutulmasından da getmir. NFC texnologiyası ilə bağlı problem ola bilər. Çünki yeni tətbiq olunur. Gediş haqqının hansı əsasla çıxıldığı məlum deyil. Ümumilikdə kartımdan təxminən üç manat vəsait əsassız silinib".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb./oxu.az
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










