Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu nəqliyyat növləri təkcə gündəlik hərəkəti sürətləndirmir, həm də tıxacların azalmasına, ətraf mühitin qorunmasına və şəhərin iqtisadi potensialının artmasına ciddi təsir göstərir.
Bakı da sürətlə böyüyən metropol olaraq, bu istiqamətdə əhatəli dəyişikliklərə hazırlaşır. Paytaxtın nəqliyyat yükünü yüngülləşdirmək və daha çevik əlaqə imkanları yaratmaq məqsədilə həm metropolitenin genişləndirilməsi, həm də dəmir yolu xətlərinin inkişafı nəzərdə tutulur.
Nəqliyyat eksperti Azər Axundovun hazırladığı və ictimaiyyətə təqdim etdiyi yeni inkişaf sxemi Bakının 2030-cu ilə qədər relsli nəqliyyat sistemində nəzərdə tutulan dəyişiklikləri vizual şəkildə əks etdirir.
![]()
Son təsdiqlənmiş dövlət proqramına əsasən tərtib olunan bu xəritədə yalnız hazırda istifadədə olan xətlər deyil, həm də tikilməkdə olan və gələcəkdə planlaşdırılan metro və dəmir yolu marşrutları ətraflı şəkildə göstərilib.
Xüsusilə qeyd etmək lazımdır ki, bu xəritə rəsmi qurumlar tərəfindən deyil, müstəqil ekspert tərəfindən hazırlanıb. Azər Axundov onu dövlət proqramına əsaslanaraq tərtib etdiyini və Azərbaycan Dəmir Yollarının (ADY) planları ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilmədiyi üçün xəritədə yalnız baş planda nəzərdə tutulan dayanacaqların yer aldığını bildirib.
Xəritədə diqqətçəkən məqamlar:
Yeni metro xətlərinin açılması və mövcudların uzadılması (məsələn, 8 Noyabr-B4, Şah İsmayıl Xətai-Y17, Zabrat-Maştağa-Bağlar və s.)
Bakı-Sumqayıt, Bakı-Xırdalan, Sea Breeze-Pirşağı kimi dəmir yolu bağlantılarının yaradılması
Hövsan, Suraxanı, Maştağa, Güzdək kimi yaşayış ərazilərinə metro və ya qatarla çıxışın təmin olunması.
Qeyd edək ki, xəritədə göstərilən metro və dəmir yolu ilə bağlı yeniliklərin həyata keçirilməsi paytaxt sakinləri üçün gündəlik həyatın rahatlaşması, tıxacların azalması və daha sürətli, təhlükəsiz ictimai nəqliyyata çıxış baxımından mühüm əhəmiyyət daşıyır.
Bu yeniliklər, xüsusilə şəhərətrafı ərazilərdə yaşayanların mərkəzə və əks istiqamətə daha qısa zamanda çatmasını təmin edəcək, eyni zamanda avtomobildən asılılığı azaldaraq havanın çirklənməsi və enerji sərfiyyatının qarşısını almağa kömək edəcək. Yeni metro xətlərinin və dəmir yolu əlaqələrinin istifadəyə verilməsi həm də şəhərin sosial-iqtisadi dinamizmini artıracaq, müxtəlif bölgələrin bir-biri ilə inteqrasiyasını gücləndirəcək.
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










