Metroda gedişhaqqı artırılır?- RƏSMİ

2025-ci il başlayandan Bakı metropolinenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.6% artım deməkdir. Bugünə olan məlumatlara görə, aylar üzrə ən çox sərnişin yanvarın 10-da (710 min 773), fevralın 17-də (766 min391) və martın 7-də (854 min 427) daşınıb. Bu statistika da artım dinamikasını sübut edir.
Bakı metropolitenində isə sərnişin sıxlığının tənzimlənməsi məqsədilə əlavə tədbirlər və mütəmadi monitorinqlər həyata keçirilir.
Məsələ ilə bağlı “Bakı Metropolieti ” QSC-dən Avtosfer.az-a bildirilib ki, hal-hazırda Bakı metropolitenində gediş haqqının artırılması gündəmdə deyil.
Qeyd edək ki, sonuncu dəfə 1 iyul 2024-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə ictimai nəqliyyatda sərnişin daşımalarının qiyməti artırılaraq 50 qəpik müəyyən edilib.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












