Metroda pulsuz giriş sıxlığı AZALDACAQ

Xocəsən və Avtovağzal metrostansiyalarına giriş pulsuzdur. Qeyd olunan stansiyaların pulsuz olması sərnişin axınının optimal bölüşdürülməsinə xidmət edir. Bəs bu qərar metroda sıxlığın azalmasına səbəb olacaqmı?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat ekspertləri Modern.az-a açıqlama verib. Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu qərar müvəqqəti xarakter daşıya və metro xətlərinin ayrılması prosesi başa çatanadək, təxminən 10-11 ay davam edə bilər.
Onun sözlərinə görə, tətbiq müəyyən mənada eksperiment kimi də qiymətləndirilə bilər. “Bu məsələ çox maraqlı addımdır. Düşünürəm ki, əsas məqsəd Bakı şəhərinin şimal və şimal-qərb istiqamətindən gələn sərnişinlərin bir hissəsinin Avtovağzal və Xocəsən stansiyalarında metroya yönləndirilməsidir. Bununla da 20 Yanvar və Şamaxı ərazisində nəqliyyat sıxlığının azaldılması hədəflənir”.
Onun sözlərinə görə, sərnişinlərin seçimində əsas amil 60 qəpiklik gediş haqqından yayınmaqla vaxt itkisi arasında seçim olacaq. Avtobusla 20 Yanvara qədər gəlmək əvəzinə sərnişinlərin bir hissəsi Avtovağzal və Xocəsəndə metroya keçə bilər.
Bu isə həmin istiqamətdə avtobusların və ümumi nəqliyyat axınının azalmasına təsir göstərə bilər. “Yaxın günlərdə bu qərarın nəticələrini müşahidə etmək mümkün olacaq. Ümid edirəm ki, tətbiq 20 Yanvar və Şamaxı ərazisində avtobus sıxlığının və ümumi nəqliyyat tıxaclarının azalmasına müsbət təsir göstərə bilər. Və sonda avtobusların əksəriyyəti 20 yanvar metrosu ətrafına gəldiyi üçün orada da sərnişin izdihamı yaranırdı amma xəttlər ayrıldıqdan sonra bir o qədər də bu hal müşahidə olunmur.”, - deyə o söyləyib.
Ekspert Elməddin Muradlı deyib ki, bu hal sərnişin axınını tənzimləmək üçün nəzərdə tutulmuş müvəqqəti həll yoludur. Onun sözlərinə görə, bunu fundamental dəyişiklik kimi qəbul etmək olmaz.
“Bu, xüsusən Formula 1 ərəfəsində və metroda yaşıl xətt ilə qırmızı xəttin ayrılmasından sonra müəyyən təsir imkanına malik addımdır. Sonrakı mərhələdə metro, təbii ki, pulsuz olmayacaq. Sadəcə bu qərar sərnişinlərin eyni vaxtda eyni istiqamətə axışaraq sıxlıq yaratmaması üçün qəbul edilib” - o, bildirib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












